Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

28 Noyabr 2021 - 14:07

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Bu barədə APA-ya DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.
Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.