DÇ-də qızıl medalı kim qazanacaq? –Heyətlər açıqlandı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri açıqlanıb.

Argentina yığmasının start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares yer alıblar.

Fransa seçməsinin heyətində isə meydana Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizman, Kilyan Mbappe, Usman Dembele, Olivye Jiru çıxacaqlar.

Matçı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək. Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Əvvəlki məqalə

Messi haqqında daha bir maraqlı fakt

Sonrakı məqalə

İflic və insult riskini azaldan banan –