Debatda Harris qalib gəlib –CNN-nin sorğusu

CNN-nin sorğusuna əsasən prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən debatda Demokratlar Partiyası qalib gəlib.

Azpost.info -nun məlumatına görə, respondentlərin 63%-i belə hesab edir.

Eyni zamanda, amerikalıların 37%-i Donald Trampın qalib gəldiyinə inanır.

Müvafiq sorğunun nəticələri kanalda canlı yayımda açıqlanıb.

Sentyabrın 10-da Harris və Tramp arasında keçirilən debatı izləyən qeydiyyatdan keçmiş seçicilər vitse-prezidentin daha yaxşı çıxış etdiyini deyirlər.

CNN sorğusu debatı izlədiklərini bildirən qeydiyyatdan keçmiş 605 ABŞ seçicisi ilə mətn mesajları vasitəsilə aparılıb və sorğunun nəticələri yalnız debatı izləyənlərin fikirlərini əks etdirir.

 

Əvvəlki məqalə

Argentina və Braziliya məğlub olub –

Sonrakı məqalə

Ermənistanın müdafiə naziri Çinə gedib