“Delimitasiya və demarkasiya ilə bağlı işə başlamağı razılaşdırırıq” –

PUTİN
26 Noyabr 2021 - 18:17

“Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəs maraqlıdır”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır.

“Biz yaxın qonşu ölkələrik. Bizim böyük həcmdə ticarət dövriyyəmiz var. Yaxın vaxtlarda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işə başlamağı razılaşdırırıq. Bunun haqqında əlbəttə ki, bu gün danışacağıq. Aydındır ki, bu, çətin məsələdir, hələ Sovet İttifaqı dövründən qalıb, sərhədlər orada olmayıb. İmkan var ki, bu haqda danışaq”, – Rusiya dövlət başçısı vurğulayıb.