Paşinyan demarkasiyanı təhlükəsizlik zəmanəti hesab edir

Azərbaycanla sərhədin demarkasiya olunmuş hissələrinə mümkün olan ən yüksək təhlükəsizlik zəmanəti verilir.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, müasir dünyada demarkasiya edilmiş sərhəddən daha effektiv təhlükəsizlik zəmanəti yoxdur.

“Əgər kimsə deyirsə ki, dünyada demarkasiya edilmiş sərhəddən daha effektiv təhlükəsizlik zəmanəti var, siz buna inanmamalısınız. Çünki sərhədlərimizin demarkasiyası olan ərazilərdə maksimum mümkün təhlükəsizlik zəmanəti verilir”, – Paşinyan bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Kiyev Polşa silahlarından Rusiyaya hucum üçün istifadə edə bilər” –

Sonrakı məqalə

Cənubi Koreya üzərində içinə zibil yığılmış 150 şar partlayıb –