Deputat Fazil Mustafa sui-qəsddən sonra ilk dəfə parlamentə gəlib

“Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü çatdırmaq istəyirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu cür hadisələr dövlət üçün çalışan insanları qorxutmaq gücündə deyil: “Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.