Deputat Qarabağ əlillərini rüsumlardan azad etməyə çağırdı

“Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir”.

Bunu Milli Məclisin iclasında çıxış edən deputat Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil:

“Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və uyğunsuzluğu aradan qaldıraq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən Müharibəsi qazisi həbs edilib –

Sonrakı məqalə

“YAŞAT” Fondu bir qazini və 3 şəhidin ailə üzvlərini əməliyyat etdirib