“YAŞAT” Fondu bir qazini və 3 şəhidin ailə üzvlərini əməliyyat etdirib

“YAŞAT” Fondu tərəfindən yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlər davam etdirilir.

Fonddan verilən məlumata görə, qazi Qurban Əliyevin, şəhid Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhid Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhid Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat Qarabağ əlillərini rüsumlardan azad etməyə çağırdı

Sonrakı məqalə

“Vəzifə tutan nazirlər and içsinlər” –