“Parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və və bu sahədə atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin”.
Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi geniş müsahibəsində qarşıdakı növbədənkənar seçkilər barədə danışarkən deyib.
Prezident növbədənkənar seçkilərin təyin olunmasını izah edərək qeyd edib ki, ölkədə parlament 4 ay tətildə olur: “Belə olan halda biz cəmi 5 ay seçkiləri qabağa çəkdik. İndi bunun də məqsədi odur ki, vaxt itirmək lazım deyil və hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Əminəm ki, parlament seçkiləri Azərbaycanda şəffaf keçiriləcək, xalq öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək”.
İlham Əliyev bildiribki, xalq layiqli nümayəndələri seçəcək: “O nümayəndələri ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimzə töhfə verəcək, o nümayəndələri ki, onlar öz dairələrində fəal iş aparsınlar. Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm. Çünki bu hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar. Vətəndaşlar onları tanısınlar. Vətəndaşlar onlara müraciət etsinlər. Onlar məsələ qaldırsınlar, yerli və mərkəzi icra orqanları tərəfindən”.
Dövlət başçısı vurğulayıb ki, əgər belə olarsa o ictimai nəzarətin bir forması da bu olacaq: “Çünki bəzi hallarda, mən bilirəm deputat seçilir, ondan sonra öz dairəsini heç baş çəkmir, maraqlanmır. Sonra növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Ona xalq dəstək verməlidir. Əlbəttə, YAP aparıcı siyasi qüvvə kimi, öz namizədlərini müdafiə edəcək, bu təbiidir. Ancaq hər bir insan-bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən bilirəm. Birnci dəfə 1995-ci ildə majoritar sistemlə deputat seçilmişdim. O vaxt mənim dairəm vardı, orada fəal idim. 2000-ci ildə isə mən YAP-ın partiya siyahısında bir nömrəli namizədi kimi qeydə alındım. Seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi. Və bu imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun, vətəndaşlarla sıx təmasda olsun. Azərbyacan xalqı hərşeyi yaxşı bilir, xalqın gözü tərəzidir. Xalq layiqli namizədlərini seçərək eyni zamanda təmin edəcək ki, bu namizədlər onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda məsələlər və problemlər daha məqbul formada həllini tapa bilər”.