Deputatlar həkimləri alqışladılar, onlara xüsusi status verilməsini təklif etdilər

“Millət vəkilləri olaraq, tibb işçilərini, fədakar insanları biz də Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq alqışlamalıyıq.

Bunu Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tibbi sığorta haqqında”  qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilləri təklifə qoşularaq, tibb işçilərini alqışlayıblar.

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.  MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı “Tibbi sığorta haqqında”  qanunun müzakirəsi zamanı deyib. M.İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: “Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Benzin və maye qazdan sığorta pulu tutulması 9 ay təxirə salındı

Sonrakı məqalə

MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması təklif olunub