Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər. 

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

A. Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşlarının hamısı tibbi test yoxlanışından keçib:“Testlərin nəticəsi neqativ çıxıb. Yəni, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı 165-ə çatdı –

Sonrakı məqalə

Putinin yenə prezident olmaq istəməsi Rusiyanı iki yerə bölüb –