Deputatlığa namizədliyi qeydə alınanların sayı 458 nəfərə çatıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 nəfər müraciət edib. 

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 463 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2017 nəfəri isə imza vərəqələrini artıq götürüb, 774 nəfəri qaytarıb, 458 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraq xarici qoşunların ölkədən çıxarılması üçün mexanizm hazırlayır

Sonrakı məqalə

Bakıda oğrular qarət etdikləri evi yandırıblar