“Devalvasiya ilə bağlı heç bir qərar verilməyəcək” –

Mərkəzi Bankın sədri Elman Rüstəmov
29 Oktyabr 2021 - 11:37

“Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur”.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.