“Deyir, uşaq başqasındandır” –Atanın yerə çırpdığı körpənin anası

Aprelin 26-da Yasamalda ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirib.

Uşağın anası İTV-yə hadisənin baş vermə səbəbindən danışıb. O, açıqlamasında bildirib ki, bu qəddar hadisə qısqanclıq zəminində baş verib.

“Uşağı götürüb buradan ora atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu eləmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib” – ana bildirib.

Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov ötən gün polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma –  xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

Əlavə edək ki, vəziyyəti yaxşılaşmağa doğru gedən körpə, reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb. Hazırda dinamik müşahidə və konservativ müalicə davam etdirilir.

Əvvəlki məqalə

“Volt”un mopedi məşhur şairin nəvəsinin “Porşe”sinə çırpıldı

Sonrakı məqalə

Akademik Zərifə Əliyevanın doğum günüdür