Diktator Franko qəbirdən çıxarılacaq  

Sentyabrın 24-də İspaniya Ali Məhkəməsi faşist diktator Fransisko Frankonun meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərarını elan edəcək. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, hazırda Ali Məhkəmə Franko ailəsinin diktatorun qalıqlarının Madrid yaxınlığında yerləşən Valle de los Caídosdan həyat yoldaşının dəfn olunduğu El-Pardo qəbiristanlığına köçürülməsindən verdiyi şikayətə baxır. 

Frankonun ailəsi təkid edir ki, diktatorun meyitinin qalıqlarının köçürülməsi üçün ən alternativ yer, onun qızı və kürəkənin dəfn olunduğu Madrid kafedralının Almudena kilsəsidir. 

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, Valle de los Caídosda ancaq 1936-1939-cu illərdə vətəndaş müharibəsində ölən insanların məzarları qalmalıdır. F. Franko isə vətəndaş müharibəsinin başa çatmasından uzun müddət sonra, 1975-ci ildə vəfat edib.  

Qeyd edək ki, ötən il İspaniya hakimiyyəti F. Frankonun meyitinin qalıqlarının köçürülməsi barədə qərar qəbul edib. (APA) 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kərbəlada faciə –

Sonrakı məqalə

YAP və müxalifətin iştirakı ilə sabah Dəyirmi Masa keçiriləcək –