DİN Biləsuvarda qəzada ölən İran vətəndaşı ilə bağlı məlumat yayıb

Fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.

Bu barədə DİN-dən bildirilib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

16 546 ölü, 6 444 yaralı…

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb