DİN-in Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısında dəyişiklik edilib- SƏRƏNCAM

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 881 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.