“Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.
Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: “Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq”.