Bir neçə gün əvvəl DİN vətəndaşlara müraciət edərək əldə olan silah-sursatı könüllü təhvil verən şəxslərin məsuliyyətdən azad oluncağını açıqlamışdı.
Azpost.info bildirir ki, bu müraciət öz nəticələrini verir.
Xətai rayonunda yaşayan vətəndaşlardan biri 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqanı təhvil verib.
Bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Cinayət Məcəlləsinin 228-ci maddəsinin qeyd hissəsində vurğulanır ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Azpost.info