Daxili işlər nazirinin sabiq birinci müavini, mərhum Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev deputatlığa namizədliyini irəli sürüb.
Azpost.info bildirir ki, bu barədə gununsesi.org-a Vəli Dünyamalıyevin seçki qərərgahından məlumat verilib.
Məlumata görə,Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. General Zahid Dünyamalıyev SSR-nin son dövründə Gəncənin polis rəisi olub. Vəli Dünyamalıyev şagird kimi ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub.
Ali təhsilini BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir. Ailəlidir, 2 övlad atasıdır.
Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyası deputat Musa (Urud) Quliyevin növbəti dəfə namizədliyini irəli sürüb.