DİQQƏT! Bu tarixdən hava KƏSKİN dəyişəcək – XƏBƏRDARLIQ
31 Oktyabr 2025 18:21 176
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bu ilin noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).