Diversantların dünən Zəngilanda qoyub qaçdıqları avtomobilin –FOTOLARI

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Azpost.info bildirir ki, diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Diversntların qoyub qaçdıqları avtomobilin fotoları yayılıb. Şəkilləri hərbi təhlilçi Ədalət Verdiyev paylaşıb.

DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Əvvəlki məqalə

Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Sonrakı məqalə

AXC-nin 104 il əvvəl Şuşada keçirdiyi sülh konfransı