Dolların aprelin 27-nə olan məzənnəsi açıqlanıb

24 Aprel 2020 - 17:24

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların aprelin 27-nə olan məzənnəsini açıqlayıb.

AMB-nin verdiyi məlumata görə, 27.04.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.