Dörd deputat namizədlik siyahısına salınmayıb –YAP-ın 7 sabiq deputatı yenə namizəd olacaq

“Yeni Azərbaycan Partiyasının  ən azı çox tanınmış və nüfuzlu deputatlarından 7-sinin namizədliyinə razılıq verilib, onlar növbəti dəfə seçkilərə gedirlər. Bu, birmənalıdır və dəqiqdir. Digərləri ilə də bağlı ən azı gələn həftənin sonlarına kimi qərar veriləcək. Bununla belə, xeyli sayda YAP-çı deputat kənarda qalacaq, onlar YAP-dakı-Gənclər Birliyindəki gənclərlə əvəzlənəcək”.

Azpost.info bildirir ki, bu haqda etikxeber.aza adının çəkilməsini istəməyən məlumatlı və nüfuzlu YAP-çılardan biri məlumat verib. O, eyni zamanda, YAP-ın dəstəklədiyi və xeyir-dua verdiyi bir çox bitərəf deputatın da kənarda qalacağını, yeniləri ilə əvəzlənəcəyini bildirib.

“Dəqiq olanı budur ki, artıq 4 nəfər bitərəf deputatla bağlı qərar verilib, onlar təkrar dəstəklənməyəcəklər. Eyni zamanda, üzdə olan və tanınan 3 bitərəf deputala bağlı ilkin razılıq verilib, onlar növbəti dəfə namizədliklərini verəcəklər və YAP-dan dəstək alacaqlar. Bütün hallarda gələn həftəni gözləmək, bir az da səbr  lazımdı”-deyə, məlumatlı mənbə bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kamaz”ın vurub öldürdüyü abituriyentlərin kimliyi məlum oldu –

Sonrakı məqalə

Sabah Bakının mərkəzində yollar bağlanacaq –