Dostoyevskini sevən Roma Papası uşaqlıqda qəssab olmaq istəyib

Roma Papası Fransisk ilk dəfə İtaliya televiziyasında tok-şouya qatılaraq uşaqlıq arzusunu, hansı musiqini bəyəndiyini və sevimli yazıçısının adını açıqlayıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Papa Fransisk uzun illər əvvəl bazarda bir qəssab görüb və onun önlüyünün böyük cibləri diqqətini cəlb edib: “Mən də qəssab olmaq istəyirdim. Bunun səbəbini soruşanda deyirdim ki, görün, onun nə qədər pulu var”.
Roma Papası Fyodor Dostoyevskinin sevimli yazıçısı olduğunu, klassik musiqi və tanqodan zövq aldığını da açıqlayıb. Papa əlavə edib ki, o, əsl Buenos-Ayresli olduğu üçün tanqo rəqsi edib.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Makron bu gün Kremldə görüşəcək

Sonrakı məqalə

İranda uşaqların 20 faizi omikrona yoluxub