“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
APA xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.