Dövlət büdcəsi bu tarixdə Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

APA xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Əvvəlki məqalə

MEDİA ASAN Radio ilə birgə “Smart media” rubrikasına başlayır

Sonrakı məqalə

Ronaldo düşərgəyə qaytarılıb