Dövlət Komitəsinin əməkdaşları şagirdin döyüldüyü məktəbdə olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları 112 saylı tam orta məktəbdə olublar.

Bu barədə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu məlumat paylaşıb. O qeyd edib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq olunmasını əks etdirən video görüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər, məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

Əvvəlki məqalə

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyulub

Sonrakı məqalə

Ombudsman Xocavənddə növbəti kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı çağırış edib