Dövlət Xidməti Ağdamda restavrasiya edilən məscidlə bağlı məsələyə aydınlıq gətirib

Ağdamın Xındırıstan kəndində yerləşən məscid tarixi abidə kimi dövlət mühafizəsində olan abidələrin siyahısına daxil deyil.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində yerləşən məscidin restavrasiyadan sonrakı halı sosial mediada müzakirələrə səbəb olub. Bildirilir ki, 1907-ci ildə tikilən məscidin restavrasiyasına 2020-ci ildə başlanılıb, ona minarələr əlavə edilib(apa).

Əvvəlki məqalə

Lənkəranda yük maşını traktorla toqquşub, yaralılar var

Sonrakı məqalə

Aprelin 14-də imtahan verəcək şəxslər buraxılış vərəqəsini çap edə bilərlər