Dövlət və özəl provayderlər internet tariflərini 40% qaldırmaq istəyir .
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama yayıb.
Ekspert bu addımı tənqid edib və “manipulyasiya” adlandırıb.
“Provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri aləmi bürüyüb. Görünən odur ki, dövlər və özəl provayderlər separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istıəyirlər. Təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq”.
O.Gündüz provayderlərin “bir anda varlanmaq xətti” götürməkdə ittiham edib: “Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır. Düşünüblər ki onlar niyə etməməlidirlər. “Yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yükəsk yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir”.
Ekspert deyib ki, Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. “Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəllib. Kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?”
O.Gündüz bildirib ki, qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun.
“Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir ” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəzuru olan internetə əlçatanlığı olsun. Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq , digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq”.
Azpost.info