Döyüşlərə və Yaxın Şərqdə vəziyyətin pisləşməsinə görə Livanda 746 mindən çox insan evlərini tərk edib.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü il oktyabrın 8-dən 14 oktyabr 2024-cü il tarixinə Livanda 746,6 min məcburi köçkünü qeydə alıb. Onlardan 188,2 min nəfəri 1059 sığınacaqda yerləşdirilib”, – hesabatda deyilir.
Azpost.info