DTX Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşən PKK terrorçularının səs yazısını açıqladı

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi xəbərə görə, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

DTX müvafiq materialları təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan Qarabağa gəldi-

Sonrakı məqalə

“Azərbaycanfilm” kinostudiyasına direktor təyin edilib