DTX-nın həbs etdiyi daha iki XİN əməkdaşı ev dustaqlığına çıxmaq istəyir –

Məhkəməyə müraciət ediblər
26 Sentyabr 2020 - 09:18

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət ediblər.

hər ikisinin şikayəti bu gün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər iki şəxs DTX tərəfindən saxlanılıb. Onlara rüşvət alma maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.