DTX-nin həbs etdiyi XİN konsulluq idarəsinin sabiq məmurları ev dustaqlığına buraxıldı –

QƏRAR (YENİLƏNİB)
26 Sentyabr 2020 - 12:26

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Səbail rayon keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

**

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

 Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N. Abdullayev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.