“Dubayda deyiləm, Bakıdayam…” –

Tanınmış bloqer İlya Varlamovun Azərbaycanla bağlı filmi (VİDEO)
27 Oktyabr 2021 - 14:26

Tanınmış Rusiyalı bloqqer İlya Varlamov Azərbaycanla bağlı veriliş hazırlayıb.

Azpost.info bildirir ki, “SSRİ-nin süqutundan 30 il sonra” layihəsi çərçivəsində keçmiş sovet respublikalarının bu günü haqqında hazırladığı reportajlar maraqla qarşılanıb.

İ.Varlamov növbəti buraxılışını Azərbaycana həsr edib.

“Müharibə…Var-dövlət. Müasir memartlıq və neft. Düşünürsünüz Dubay barədə danışıram? Yox, mən Azərbaycandan danışıram. SSRİ-nin dağılmasından sonra bu ölkə 90-ların ağır enişini yaşasa da öhdəsindən gələ bilib. Bu gün bu ölkə Rusiyanı deyil daha çox Türkiyəni xatırladır. Amma adamlar hələ rus dilində danışırlar. Mən onlarla Qarabağ münaqişəsi, prezident İlham Əliyev və erməni təbliğatı barədə danışdım”-deyə Varlamov yazıb.

Çəkilişdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, tanınmış vəkil Aslan İsmayılov, jurnalistlər, deputatlar danışıblar. İ.Varlamov Bakını gəzib, Qəbələyə gedib, İvanovka kəndinin sakinləri ilə görüşüb.