Duma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalıları ələ almaq üçün Telegram kanalı yaratmaqla Rusiyanın daxili işlərinə qarışır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bildirib.

O qeyd edib ki, Rusiya bu cür təxribatlara cavab olaraq təmkinli davranmağa davam edəcək.

“Bu, daxili işlərimizə qarışmaq, sadə vətəndaşlara təzyiq cəhdidir. Xəbərdarlıq etməliyik ki, ABŞ-a qarşı adekvat davranacağıq”, – Çepa deyib.

Qeyd edək ki, MKİ Rusiya vətəndaşları ilə əlaqə saxlamaq üçün rus dilində Telegram kanalı yaradıb. Kanal vasitəsi ilə ruslara əməkdaşlıq təklif olunur.

Azpost.info

Əvvəlki məqalə

Mirzoyanın müavini Azərbaycanla danışıqların gedişatını şərh edib

Sonrakı məqalə

Orta Asiya sanksiyalara qoşulsa, Rusiya nə itirəcək?