“Dünən ən böyük arzum ürəyimdə qaldı…” –-RONALDO

Portuqaliya yğımasının hucumçusu Kriştian Ronaldo komandanın dünya çempionatında uğursuzluğu ilə bağlı şərh yazıb. 

Azpost.info bildirir ki, Ronaldo Mərakeşə məğlub olmalarından təəssüflənib: “Portuqlaiya ilə birgə dünya çempionatına qalib olmaq mənim ən böyük və iddialı arzum idi. Mən Portuqaliya ilə çoxsaylı beynəlxalq titulları qazanmışam. Amma ölkəmizi dünyada ən yüksək zirvəyə qaldırmaq mənim ən böyük arzum idi. Təəssüf ki, dünən arzum bitdi. Məğlubiyyətə fikir vermək lazım deyil. İstəyirəm ki, hamı bilsin mənim Portuqaliyaya sadiqliyim bir an da olsun dəyişməyib. Mən heç vaxt öz yoldaşlarımdan və ölkəmdən üz döndərmərəm. Sağ ol, Portuqaliya! Sağ ol, Qətər! Arzum gözəl idi. İndi ümid edək ki, tufan sakitləşəcək və hər kəs özü üçün nəticə çıxaracaq”-deyə Ronaldo yazıb.

 

Əvvəlki məqalə

Ermənilərin 1992-ci ildə dağıtdığı Malıbəyli məscidinin qalıqları aşkar edilib –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 68 nəfər COVID-19-a yoluxub, ölən olmayıb