Dünən cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 191, o cümlədən borclu şəxs qismində axtarışda olan 160 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Sonrakı məqalə

“ABŞ-ı faşist və tiran idarəçilərdən xilas etmək lazımdır”