Dünən borca görə axtarışda olan 209 nəfər saxlanılıb –DİN

İyunun 8-də ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 247, o cümlədən borclu şəxs qismində axtarışda olan 209 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Rusiyada azyaşlı qızının görüntülərini pornosaytlara satan ana həbs edilib