“Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir” –İlham Əliyev “Fairmont”da baş verənlərdən danışdı

“Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”. 

Bu sözləri Prezident İlham Əliyev  telekanallara verdiyi müsahibəsində deyib.

Dövlət başçısı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulması ilə bağlı məsələyə də toxunub: “Biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

190 manat yardımın verilməsi başlandı –

Sonrakı məqalə

Qızılağac milli parkında yanğın söndürülüb