Dünya artıq müharibəyə dözə bilməz-Roma Papası

Yaxın Şərq üçün sülh yolu ilə həll vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

“Müharibə vəhşiliyinə dərhal son qoyulmasını və münaqişənin sülh yolu ilə həllini xahiş edirəm. Beynəlxalq ictimaiyyəti humanitar qanunlara riayət etməyə və mülki şəxslərin müdafiəsi öhdəliyinə, habelə kollektiv cəzanın, ayrı-seçkilik olmadan güc tətbiqinin və əhalinin məcburi köçkünlüyünün qadağan edilməsinə hörmət etməyə çağırıram”, – deyə Roma Papası qeyd edib.

Papa Leo Qəzzada katolik kilsəsinə hücum nəticəsində ölənlər üçün kədərini ifadə edib, həlak olanların ailələrinə və bütün kilsə üzvlərin yaxınlığını bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.