Dünya bazarında gündəlik 10 mln. barel artıq neft var

06 May 2020 - 15:41

Hazırda dünya bazarındakı izafi neft gündəlik olaraq 10 mln. barel təşkil edir.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin “Roskonqress” Fondunun resurslarına onlayn müsahibəsində bildirib.

Onun qiymətləndirməsinə əsasən, tələbatın normal bərpası və zərbələrin olmaması halında ticarət ehiyatlarının düşməsi 2020-ci ilin üçüncü rübündə başlaya bilər

Sorokin vurğulayıb ki, OPEC+ sazişi anbarların doldurulması üçün vaxt qazandıracaq: “Bu qurumun istehsalını bərpa etməmək riski səbəbindən bazarı tamamilə tarazlaşdırmaq vəzifəsi yox idi”.