Dünya çempionatının ən pis futbolçularının reytinqi –SİYAHI

Fransanın “L’Equipe” nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinqini hazırlayıb.

Uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib.

Reytinqdə müdafiəçilərdən – Metti Keş (Polşa), Məhəmmədhüseyn Kanaani (İran), Boualem Khouhi (Qətər), Yannik Ferreyra Karrasko (Belçika); yarımmüdafiəçilərdən – Andreas Skov Olsen (Danimarka), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta (Seneqal); hücumçulardan Qaret Beyl (Uels), Entoni Kontreras (Kosta Rika) yer alıblar.

Qeyd edək ki, futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını penalti seriyasında məğlub edərək mundialın qalibi olub – 3:3 (4:2). Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub. Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.

İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.