Dünya çempionatının finalında Argentina və Fransa üz-üzə gələcək

Dünya çümpionatında yarımfinal mərhələsinə yekun vurulub.

İkinci finalçı Fransa və Mərakeşin duelində bəlli olub.

Son dünya çempionu təkcə bu görüşün deyil, mundialın da favoriti sayılır.

Didye Deşamın yetirmələri ardıcıl ikinci çempionluğa bir addım da yaxınlaşıb.

Mərakeş isə növbəti sensasiyanı gerçəkləşdirməyə köklənsə əd buna nail ola bilməyib.

Qrupda Belçika, pley-offda İspaniya və Portuqaliyanı üstələyən afrikalıların yolunu Avropa təmsilçisi kəsib.

Qeyd edək ki, Fransa finalda Argentina ilə görüşəcək.

3-cü yer uğrunda mübarizə isə Xorvatiya-Mərakeş arasında olacaq.

DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa – Mərakeş – 2:0
Qol: 
Teo Ernandes, 5. Rondal Kölo Muani, 79

Əvvəlki məqalə

Ruben Vardanyan xəstələri Qarabağdan buraxmır

Sonrakı məqalə

Jurnalistlər Kəlbəcərdə mina partlayan əraziyə gediblər