“Dünya kütləvi aclıq, qeyri-sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşə bilər” - BMT rəsmisi

“Ərzaq böhranına məhəl qoyulmasa, dünya kütləvi aclıq, siyasi qeyri-sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşəcək”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.

BMT yetkilisi deyib ki, ölkələr görünməmiş böhranla üzləşiblər: “Rusiya və Belarusdan gübrələrin tədarükünə qadağa qoyulması ilə vəziyyət bir qədər də gərginləşib. Əgər strateji və effektiv şəkildə böhranın öhdəsindən gəlməsək, o zaman biz kütləvi aclıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik”.

Bisli hesab edir ki, 2023-cü ildə vəziyyət daha da pisləşə bilər. BMT nümayəndəsi yaxın 6 ay və ya bir il ərzində ərzaq məhsullarının bahalaşması ilə əlaqədar dünya ictimaiyyətinin çətinliklərlə üzləşəcəyini istisna etməyib: “Əgər problem həll olunmasa, dünya ərzaq qıtlığı ilə üzləşə bilər”.

Azpost.info

Əvvəlki məqalə

Şri-Lankada yeni prezident seçilib

Sonrakı məqalə

“Putinin payızda bir neçə ölkəyə səfəri nəzərdə tutulub”