Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb –Yoluxma sayına görə hansı ölkə liderdir?

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı  xəbər verir ki, hazırda dünyada koronavirusa 100 milyon 83 min 169 yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 144 min 729 nəfərə, sağalanların sayı isə 72 milyon 18 min 234 nəfərə çatıb.

COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edən ABŞ-da koronavirusa 25 milyon 741 min 585 yoluxma halı aşkarlanıb, 429 min 820 nəfər ölüb, 15 milyon 479 mindən çox insan sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 677 min 710 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 153 min 624 nəfər vəfat edib, sağalanların sayı isə 10 milyon 345 min nəfəri ötüb.

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 8 milyon 850 min 135 nəfər virusa yoluxub, onlardan 217 min 133 nəfər həyatını itirib, 7 milyon 653 min nəfər sağalıb.

Saytın məlumatına görə, hazırda dünya üzrə hər milyon nəfərə düşən ölüm sayı 274,4 nəfər təşkil edir. ABŞ-da bu göstərici 1293, Braziliyada 1017, Hindistanda isə 111 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Siyavuş Aslanla Ofeliyanı oğlu Çingiz öldürdü” –

Sonrakı məqalə

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri kimi təsdiqləyib