Dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçib

21 Aprel 2020 - 09:53

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədək insan yoluxub, təxminən 5,4 min nəfər də bu virusun qurbanı olub.

Bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

20 aprel tarixli statistikaya görə, dünyada 2 480 503 nəfər yeni növ koronavirusa yoluxub, 170 397 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 928 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5366 nəfər artıb. (APA)