Dünyada koronavirusdan sağalanların sayı 700 000-i ötdü

22 Aprel 2020 - 15:04

Dünyada koronavirusdan sağalanların sayı 701 070 nəfərə çatıb.

“Report” xəbər verir ki, ən çox sağalma Almaniya (99 400), İspaniya (85 915) və ABŞ-da (82 973) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 178 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 571 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.