Türkiyə, Rusiya və İran XİN başçılarının görüşü keçirilib- Video-konfrans formatında

Bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin video-konfrans formatında görüşü keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

“7-ci Astana prosesi çərçivəsində Xarici İşlər nazirlərinin görüşü tele-konfrans vasitəsilə baş tutdu. Suriya məsələsi kontekstində COVID-19 pandemiyası ilə mübarizəni müzakirə etdik. Həmçinin İdlib və Fəratın şərqindəki son hadisələr, siyasi proses, humanitar vəziyyət və sığınacaq axtaranların geri qaytarılması ətrafında da müzakirələr apardıq”, – deyə Türkiyə XİN başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yuxarı tənəffüs yolları və ağciyər xəstələrinin qidalanma qaydası

Sonrakı məqalə

Dünyada koronavirusdan sağalanların sayı 700 000-i ötdü