“Brent” markalı neft hansı dənizdən çıxarılır və nəyə görə etalon hesab edilir?
SOCAR-ın rəsmi feysbuk səhifəsində bununla bağlı maraqlı paylaşım var.
“Brent” neft yatağı Norveçin qərbində – Şetland adalarında yerləşir. Neft yatağı 1971-ci ildə kəşf olunub.
“Brent” Norveç və Britaniya arasında Şimal dənizindəki neft yataqlarından hazil olunan xam neftdir. “Brent” sözü layların adından götürülüb.
B > “BROOM”
R > “RANNOCH”
E > “ETIVE”
N > “NESS”
T > “TARBERT”
Bəs niyə “Brent” etalon marka sayılır? Çünki tərkibində kükürdün həcmi (0,37%) azdır. Sıxlığına görə “Brent” yüngül neftdir. İqtisadi səmərəliliyi yüksəkdir. Şimal dənizinin coğrafi mövqeyi çox əlverişlidir. Dünya neftinin (70%-nin) qiymətini “Brent” müəyyən edir.